...

Dividendlər dövlət büdcəsinin gəlir mənbəyi hesab ediləcək

İqtisadiyyat Materials 14 İyul 2025 11:47 (UTC +04:00)
Dividendlər dövlət büdcəsinin gəlir mənbəyi hesab ediləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

"Büdcə sistemi haqqında" qanuna yeni anlayışlar daxil ediləcək.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan “Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, həmin anlayışlar aşağıdakılardır:

  • Dividend: dövlət müəssisələrinin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətdən dövlət büdcəsinə edilən ödəniş;
  • Uzunmüddətli dövr: beş və daha çox ili əhatə edən dövr.

Bildirilib ki, mövcud Qanunda "ortamüddətli dövr" 4 ili əhatə etdiyinə görə ondan sonrakı dövrü əhatə edən anlayışın açıqlanması üçün layihəyə "uzunmüddətli dövr" ifadəsi daxil edilib.

Həmçinin, nizamnamə kapitalında dövlətin payı olan təşkilatlardan daxil olan dividendlerin dövlət büdcəsinin gəlirlərində əks etdirilməsi ilə əlaqedar Qanuna "dividend" anlayışı əlavə edilib və "dividendlər" dövlət büdcəsinin gəlir mənbələrindən biri kimi tanınıb.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti