...

Günəş elektrik stansiyalarında enerji istehsalının həcmi açıqlanıb

İqtisadiyyat Materials 14 İyul 2025 14:47 (UTC +04:00)
Günəş elektrik stansiyalarında enerji istehsalının həcmi açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda günəş elektrik stansiyalarında 258,5 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 41,8 milyon kVt-saat və ya 19,3% çoxdur. Belə ki, 2024-cü ilin birinci yarısında ölkədə günəş elektrik stansiyalarında 216,7 milyon kVt-saat elektrik enerjisi istehsal edilmişdi.

Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ilin yanvar-iyun aylarında 1736,7 milyon manat dəyərində məhsul istehsal olunmuş və xidmətlər göstərilib.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 312,9 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti