Bakı. Trend:
Cari ilin yanvar-iyul aylarında “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından 6,6 milyard kubmetr təbii qaz hasil edilib.
Trend bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 0,1 milyard kubmetr və ya 1,5% çoxdur.
Belə ki, ötən ilin eyni dövründə AÇG yatağından 6,5 milyard kubmetr təbii qaz hasil edilmişdi.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 25,2 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 6,6 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 13,8 milyard kubmetri “Şahdəniz”in, 0,8 milyard kubmetri “Abşeron” yatağının, 4 milyard kubmetrə yaxını isə SOCAR-ın payına düşüb.