Bakı. Trend:
Keçən il 5 mindən çox subbakalavr ali məktəbə imtahansız qəbul edilib.
Trend xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib.
"Biz bu il belə bir təkliflə çıxış etdik ki, müəyyən ixtisasları 5-ci qrupa daxil edək. Onlar da attestat balı ilə ali məktəblərə qəbul olsunlar. Amma bu layihə həyata keçmədi. Bu müzakirə mövzusu kimi qalır və qəbul edilmədi", - deyə o əlavə edib.
Məleykə Abbaszadənin sözlərinə görə, keçən il 5 mindən çox subbakalavr ali məktəbə imtahansız qəbul edilib.
"Subbakalavrların tədris prosesinə qoşulması ali məktəblərdə problem yaradır. Onlardan hər hansı bir nəticə əldə etmək çox çətin olur",- deyə o əlavə edib.