Bakı. Trend:
Cari ilin yanvar-iyun aylarında Azərbaycanda 2 132 ədəd minik avtomobili istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 100 ədəd və ya 4,9% çoxdur. Belə ki, ötən ilin bəhs olunan dövründə ölkədə 2 032 ədəd minik avtomobilləri istehsal edilmişdi.
Eyni zamanda, hesabat dövründə ölkədə 146 ədəd yük avtomobili istehsal edilib ki, bu da 2024-cü ilin ilk yarısı ilə müqayisədə 130 ədəd və yaxud 47,1% azdır.
Qeyd edək ki, bu dövrdə maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 302,5 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 3,5 faiz artıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 9,5 faiz azalıb.