Bakı. Trend:
Pakistanda iyunun sonlarından bəri müşahidə olunan musson yağışları ilə əlaqədar 53-ü uşaq olmaqla, 111 nəfər həyatını itirib.
Trend xəbər verir ki, bu barədə Pakistanın Milli Fəlakətlər Agentliyi məlumat yayıb.
Agentliyin 26 iyun – 14 iyul tarixlərini əhatə edən hesabatına əsasən, ölüm hallarının əsas səbəbi elektrik cərəyanı vurması, daha sonra isə qəfil daşqınlar olub.
Ölənlər arasında 13 turistin də yer aldığı bildirilir. Ən çox ölüm halları ölkənin ən sıx əhalisi olan Pəncab əyalətində qeydə alınıb.
Qeyd edək ki, musson mövsümü Cənubi Asiyanın illik yağıntısının 70-80 faizini təşkil edir. Bu mövsüm Hindistanda iyunun əvvəlində, Pakistanda isə iyunun sonlarında başlayır və sentyabr ayınadək davam edir.