...

Ələt Azad İqtisadi Zonası Yaponiyada təmsil olunub

İqtisadiyyat Materials 14 İyul 2025 17:00 (UTC +04:00)
Ələt Azad İqtisadi Zonası Yaponiyada təmsil olunub

Bakı. Trend:

Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun nümayəndə heyəti Asiyanın aparıcı sənaye sərgilərindən biri olan “Manufacturing World Tokyo 2025”-də iştirak edib. Sərgi Yaponiyanın Makuhari Messe sərgi mərkəzində keçirilib.

Sərgi çərçivəsində Səlahiyyətli Qurumun nümayəndələri Yaponiya, Koreya Respublikası, Çin, Hindistan və digər ölkələrdən olan şirkətlərlə görüşlər keçirib. Bu görüşlər zamanı nümayəndə heyəti Azad Zonada investisiya imkanları, o cümlədən unikal qanunvericilik bazası, maliyyə və qeyri-maliyyə güzəştlər paketi, strateji coğrafi mövqe və istifadəyə hazır sənaye torpaq sahələri barədə ətraflı məlumat təqdim edib. Aparılmış müzakirələr məhsuldar olmuş və emal sənayesi və digər strateji sahələrdə mümkün əməkdaşlıq perspektivləri yaratmışdır.

Ələt Azad İqtisadi Zonası Qafqaz regionunun ən böyük azad iqtisadi zonasıdır və əsas beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşir. Azad Zona, eyni zamanda, multimodal logistika imkanlarından yararlanır və hazırda inkişaf mərhələsində olan yük hava limanı sayəsində nəqliyyat və logistika potensialını əhəmiyyətli dərəcədə gücləndirəcəkdir.

Səlahiyyətli Qurum beynəlxalq tərəfdaşlarla əlaqələri genişləndirməyə davam edir və yüksək əlavə dəyərli, ixracyönümlü istehsalatla məşğul olan şirkətləri yeni və perspektivli bazarlara çıxış üçün təqdim olunan imkanlarla tanış olmağa dəvət edir.

Xəbər lenti

Xəbər lenti