...

Layihələrdə iştirak payı dövlət büdcəsinin əsaslı xərci hesab ediləcək

İqtisadiyyat Materials 14 İyul 2025 11:47 (UTC +04:00)
Layihələrdə iştirak payı dövlət büdcəsinin əsaslı xərci hesab ediləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Layihələrdə iştirak payı ilə bağlı xərclər əsaslı xərclərdə əks etdiriləcək.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan “Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, əsaslı xərclər, o cümlədən, əsas vəsaitlərin alınması, kapital qoyuluşları və səhmlərin alınması dövlət büdcəsinin xərclərinə daxildir.

Təklif edilən dəyişikliklə layihələrdə iştirak payı da bu siyahıya əlavə ediləcək.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti