...

Torpaq Məcəlləsinin təkmilləşdirilməsi üzrə İşçi qrupunun ilk iclası keçirilib

Cəmiyyət Materials 14 İyul 2025 17:19 (UTC +04:00)
Torpaq Məcəlləsinin təkmilləşdirilməsi üzrə İşçi qrupunun ilk iclası keçirilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində “Torpaq Məcəlləsinin təkmilləşdirilməsi üzrə İşçi qrupu”nun ilk iclası keçirilib.

Dövlət Xidmətindən Trend-ə verilən məlumata görə, İşçi qrupuna daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən iclasda torpaq idarəçiliyi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, o cümlədən, Torpaq Məcəlləsinin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi, Məcəllənin konsepsiyasının hazırlanması istiqamətində müzakirələr aparılıb.

Bildirilib ki, Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev torpaq münasibətlərinin müasir dövrün tələblərinə uyğun tənzimlənməsinin, torpaqların idarəedilməsində, onların istifadəsinə nəzarət və mühafizə sahəsində beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb.

Torpaq Məcəlləsinin konsepsiyasında müasir çağırışlar fonunda iqlim dəyişikliyi və onun təsirlərinin nəzərə alınması, ölkə ərazisində özbaşına tikililərə, təyinatdan kənar istifadə və mühafizə zonalarına riayət edilməsinə münasibətdə yeni nəzarət mexanizminin yaradılması, torpaq sahələrinin konsolidasiyası və digər məsələlərin əks olunması məqsədəuyğun hesab edilib.

İclasda müxtəlif dövlət qurumlarının nümayəndələri öz sahələri üzrə mövcud problemləri, hüquqi boşluqları və praktiki çətinlikləri diqqətə çatdırıb, qanunvericiliyin təhlili, torpaqların kadastr uçotu və idarəçiliyində səmərəliliyinin artırılması ilə bağlı təkliflər irəli sürüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti