...

Zelenski hərbi vəziyyət və səfərbərliyi 3 ay müddətinə uzatmağı planlaşdırır

Dünya xəbərləri Materials 14 İyul 2025 12:21 (UTC +04:00)
Zelenski hərbi vəziyyət və səfərbərliyi 3 ay müddətinə uzatmağı planlaşdırır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna prezidenti Volodimir Zelenski Ali Rayaya səfərbərlik və hərbi vəziyyətin 3 ay müddətinə uzadılması haqqında qanun layihəsi təqdim edib.

Trend xəbər verir ki, bu barədə məlumat Ukrayna parlamentinin saytında dərc olunub.

Məlumata görə, səfərbərlik və hərbi vəziyyətin avqustun 7-dən etibarən uzadılması planlaşdırılır.

Sonuncu dəfə Ali Rada aprelin 16-də bu rejimlərin uzadılması barədə qərar qəbul edib. Həmin rejimlərin müddəti avqustun 6-da başa çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti