...

Azərbaycandan Ukraynaya pul köçürmələri 2 dəfədən çox azalıb

İqtisadiyyat Materials 14 İyul 2025 09:47 (UTC +04:00)
Azərbaycandan Ukraynaya pul köçürmələri 2 dəfədən çox azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin birinci rübündə Azərbaycandan Ukraynaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,128 milyon ABŞ dolları təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,267 milyon ABŞ dolları və ya 2,1 dəfə azdır. 2024-cü ilin birinci rübündə Azərbaycandan Ukraynaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,395 milyon ABŞ dolları təşkil etmişdi.

Hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində Ukraynanın payı 1% olub.

Ümumilikdə, 2025-ci ilin ilk rübündə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 112,674 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 18,811 milyon ABŞ dolları və ya 14,3% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 229,494 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin ilk rübündəki göstərici ilə müqayisədə 64,926 milyon ABŞ dolları və ya 22,1% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti