...

Şəhidlərimizin analarının qarşısında baş əyirik - Xocalı sakini

Cəmiyyət Materials 14 İyul 2025 07:56 (UTC +04:00)
Şəhidlərimizin analarının qarşısında baş əyirik - Xocalı sakini
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağımızın azad edilməsi uğrunda canını verən şəhidlərimizin analarının qarşısında baş əyirik.

Bunu Trend-ə açıqlamasında Xocalı sakini Mehtiyev Nizami deyib.

Onun sözlərinə görə, Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.

"Mən özüm 1991-ci ildə Xocalıda yaralanmışam. Müharibədə ayağımı itirmişəm, amma 23 nəfəri xilas edə bilmişəm.

Bu günü görmək mənim üçün xoş təəssüratdır. Bundan sonrakı ömrümüzü doğma yurdumuzda yaşayacağıq", - deyə o bildirib.

Qeyd edək ki, 14.07.2025-ci il tarixindəki köç də nəzərə alınmaqla Xocalı rayonunun 4 yaşayış məntəqəsinə cəmi 327 ailə (1433 nəfər) köçürülüb.

Xəbər lenti

Xəbər lenti