Bakı. Trend:
İyulun 13-ü saat 14:00-a olan məlumatına əsasən, hazırda havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında eyni zamanda Aran rayonlarında 38, Naxçıvan MR-da 37, dağlıq rayonlarda isə 30 dərəcəyədək isti qeydə alınır.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Qeyd edilib ki, gün ərzində yenilənmiş məlumat təqdim olunacaqdır.