Bakı. Trend:
İspaniyanın “Real Madrid” komandası üç futbolçu ilə yollarını ayırmağı planlaşdırır.
Trend-in məlumatına görə, klublararası dünya çempionatında mübarizəni yarımfinal mərhələsində dayandıran “kral klubu” qapıçı Andrey Lunin, yarımmüdafiəçi Dani Sebalyos və hücumçu Rodriqonu transferə çıxarmaq istəyir.
İddiaya görə, “kral klubu”nun yeni baş məşqçisi Xabi Alonso həmin oyunçuların satılmasına qarşı deyil. Çünki ispaniyalı mütəxəssis onların komandaya xeyir verə biləcəklərini düşünmür.
Əvəzində isə X. Alonso heyətə yeni müdafiəçinin cəlb olunmasında maraqlıdır. Müdafiə xəttindəki boşluqlar baş məşqçini ciddi şəkildə narahat edir.