...

İsrailin İrana hücumu Tehranın ətraf mühitinə ciddi mənfi təsir göstərib

Dünya xəbərləri Materials 13 İyul 2025 15:37 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin İrana 12 günlük hərbi hava hücumları Tehran vilayətinin ətraf mühitinə olduqca mənfi təsir göstərib.

Trend-in məlumatına görə, bununla əlaqədar İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatı məlumat yayıb.

Məlumata görə, İsrailin Tehran şəhərində “Rey” və “Kan” neft anbarlarına hücumu 19,5 milyon litr yanacağın məhv olması ilə nəticələnib. Bu da ətraf mühitə 47 min ton istixana qazlarının və 578 ton hava çirkləndiricisinin yayılması ilə nəticələnib.

Müharibə dövründə İranın cənubunda Cənubi Pars Qaz Şirkətinin bir emal zavoduna xəsarətin dəyməsi nəticəsində 5,5 milyon kubmetr qaz yanıb və 12 milyon tondan çox istixana qazı və 437 ton çirkləndiricinin ətraf mühitə yayılması ilə nəticələnib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.

24 iyunda İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti