Bakı. Trend:
Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən "Zirə" bu gün növbəti yoxlama oyununu keçirib.
Trend xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda İordaniyanın “Əl-Hüseyn” klubu ilə qarşılaşıb.
Fanatik Tur Meydançalarında keçirilən görüşdə paytaxt təmsilçisi minimal hesabla qalib gəlib – 1:0. Oyunun yeganə qolunu 45-ci dəqiqədə Brahim Konate vurub.
Xatırladaq ki, "Zirə" bundan əvvəl Bakıda “Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə məğlub olmuşdu. Türkiyədə isə “Ankara Keçiörengücü” üzərində 2:1 hesablı qələbə qazanmışdı.
Qeyd edək ki, “Zirə” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiyanın “Hayduk” klubu ilə qarşılaşacaq. İlk oyun iyulun 23-də saat 19:30-da “Bakcell Arena”da, cavab görüşü isə iyulun 31-də Bakı vaxtı ilə saat 23:00-da Split şəhərindəki “Polyud Stadium”da baş tutacaq.