...

Binəqədidə 20 yaşlı qadının ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Cəmiyyət Materials 11 İyul 2025 17:42 (UTC +04:00)
Binəqədidə 20 yaşlı qadının ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 30-da Binəqədi rayonunda 2005-ci il təvəllüdlü Könül İbrahimlinin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, iyunun 30-da Binəqədi rayonu Xocasən qəsəbəsi ərazisində 2005-ci il təvəllüdlü Könül İbrahimlinin yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılaraq ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatırma) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Qeyd edilib ki, hadisənin baş vermə şəraiti və səbəbi ətraflı və obyektiv yoxlanılmaqla nəticəsi üzrə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti