...

BTC kəməri ilə nəql edilmiş neftin həcmi açıqlanıb

İqtisadiyyat Materials 11 İyul 2025 17:41 (UTC +04:00)
BTC kəməri ilə nəql edilmiş neftin həcmi açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında magistral neft kəmərləri ilə 18,513 milyon ton neft nəql edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, qəqletmənin 75,2%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-iyun ayları ərzində bu kəmər vasitəsilə 13,925 milyon ton neft ötürülüb.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,2%-ini və ya 11,587 milyon tonunu Azərbaycanda hasil edilən neft, 16,8%-ini və ya 2,338 milyon tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti