...

Kiçikhəcmli gəmilərin dövlət qeydiyyatı 10 gün müddətində həyata keçirilir

Cəmiyyət Materials 12 İyul 2025 09:06 (UTC +04:00)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Kiçikhəcmli gəmilərin dövlət qeydiyyatı onların sahibləri tərəfindən yaşayış yeri və ya gəminin dayanacaq yeri üzrə Xidmətə ərizə ilə müraciət olunduqda və zəruri sənədlər qeydiyyat orqanına daxil olduğu andan 10 gün müddətində həyata keçirilir.

Bunu Trend-ə açıqlamasında FHN-İN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Akşin Əlili deyib.

Onun sözlərinə görə, gəmi sahibləri və ya onların adından qanunvericiliyə müvafiq olaraq, etibarnamə əsasında çıxış edən səlahiyyətli nümayəndələri tərəfindən gəmilərin dövlət qeydiyyatına alınması üçün aşağıdakı sənədlər təqdim edilir:

• gəmi sahibi tərəfindən doldurulmuş ərizə kartı;

• gəmi sahibinin şəxsiyyətini təsdiq edən sənəd;

• Azərbaycan Respublikası ərazisində yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün gəmi sahibi və ya onu əvəz edən səlahiyyətli şəxsin qanunvericilikdə nəzərdə tutulmuş qaydada şəxsiyyətini təsdiq edən sənəd;

• gəminin və mühərriklərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada əldə edilməsini təsdiq edən sənədlərin əsli və surəti. Aşağıda göstərilən sənədlərdən də ən azı biri təqdim olunmalıdır:

• qaimə;

• alqı-satqı və ya bağışlanma müqaviləsi;

• vərəsəlik haqqında şəhadətnamə;

• xarici dövlətlərin dövlət gəmi reyestrindən çıxarılmasını təsdiq edən sənəd;

• Xidmət tərəfindən gəminin istismara yararlı olması haqqında təqdim olunmuş texniki baxış aktı ;

• zavodda istehsal olunan gəmilərə, əsas və ya asma mühərriklərə aid olan texniki sənədlərin əsli və surəti;

• gəminin dövlət qeydiyyatına alınması üçün müəyyən edilmiş haqqın ödənilməsini təsdiq edən sənəd;

• Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquq müəyyən edən sənədlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti