Bakı. Trend:
Ölkədə rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verəcək digər önəmli layihə, İqtisadiyyat Nazirliyi tərəfindən yaradılması yekunlaşmaq üzrə olan superkompüter infrastrukturu iqtisadi proqnozların daha sürətli və dəqiq hazırlanmasını, qərar qəbuletmə proseslərində simulyasiya imkanlarının genişlənməsini və əsaslandırılmış arqumentlərə əsaslanan analitik yanaşmaların tətbiqini təmin edəcək.
Trend xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Sənaye 4.0 Forumu - Gələcəyin sənayesi: Texnologiya və insan gücü” adlı tədbirdə deyib.
"Texnoloji həllər, eyni zamanda, həm istehsal səmərəliliyini artırır, həm də ətraf mühitə təsiri azaldır. Beləliklə, biz Sənaye 4.0 istiqaməti üzrə atdığımız hər bir addımı yalnız texnoloji deyil, böyük bir milli strateji hədəfin – inklüziv və davamlı inkişafın tərkib hissəsi kimi görürük", - deyə nazir qeyd edib.