...

Bu ilin ilk 6 ayında satılmış malların və göstərilmiş xidmətlərin dəyəri açıqlanıb

İqtisadiyyat Materials 11 İyul 2025 17:31 (UTC +04:00)
Bu ilin ilk 6 ayında satılmış malların və göstərilmiş xidmətlərin dəyəri açıqlanıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin yanvar-iyun aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 37,7 milyard manat olmaqla 2024- cü ilin yanvar-iyun aylarına nisbətən müqayisəli qiymətlərlə 5,1 faiz artıb, ümumi dəyərin 78,5 faizini pərakəndə ticarət dövriyyəsi, 18,2 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,3 faizini isə ictimai iaşə dövriyyəsi təşkil edib.

Trend xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin 2025-ci ilin yanvar-iyun ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.

Bildirilib ki, qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 4,9 faiz artaraq 36,2 milyard manata bərabər olub, onun 43,8 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti