...

Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımalar 11 faizdən çox artıb

İqtisadiyyat Materials 11 İyul 2025 18:10 (UTC +04:00)
Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımalar 11 faizdən çox artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin birinci yarısında Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 4,608 milyon ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,7 faiz artıb.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yüklərin 48,8 faizini neft yükləri təşkil edib.

Dəniz limanları tərəfindən 6,830 milyon ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 5,553 milyon tonunu və ya 81,3 faizini tranzit yüklər təşkil edib. 2025-ci il iyul ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 277,9 min ton olub.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin müvafiq dövrünə nisbətən 5,2 faiz azalaraq 12,7 min nəfər olub.

Qeyd edək ki, hesabat dövründə ölkədə yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,8 faiz və 5,3 faiz artıb.

Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 116,4 milyon ton yük daşınıb. Yüklərin 4 faizi dəniz, 7,3 faizi dəmir yolu, 0,2 faizi hava, 60,1 faizi avtomobil nəqliyyatı, 28,4 faizi isə boru kəməri ilə daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti