Cəbrayıl.Trend:
İşğaldan azad edilən ərazilərdə səfərdə olan tanınmış dünya səyyahları bu gün Cəbrayıla gəliblər.
Trend-ın bölgə müxbiri xəbər verir ki, 15 ölkədən 30 nəfərdən ibarət səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Charles Veley rəhbərlik edir.
Onlara işğal zamanı ərazilərin həddən çox minalarla çirkləndirilməsi barədə, həmçinin ötən dövrdə mina təhlükəsi nəticəsində həlak olanların və sağlamlığını itirənlərin olduğu haqda məlumat verilib. səyyahlar işğaldan azad edilən Mehdili kəndi ərazisində ANAMA tərəfindən aparılan minatəmizləmə işləri ilə tanış olacaqlar.
Qeyd edək ki, Bu səfər işğaldan azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılması, nəhəng quruculuq-bərpa işlərinin nümayişi üçün böyük imkan yaradıb. Son 4 il ərzində dünyanın əsas beynəlxalq səyahlar klublarının xətti ilə Qarabağ və Şərqi Zəngəzura 13 dəfə beynəlxalq səyahlar səfər edib. Budəfəki səfər isə prosesin davamı olmaqla, beynəlxalq səyyahların azad edilmiş ərazilərə sayca 14-cü qrup səfəridir.
Xəbər yenilənəcək