...

Azərbaycanın bərpa olunan enerjisinə investisiyaları sürətləndirmək vacibdir - AİB

Yaşıl iqtisadiyyat Materials 11 İyul 2025 12:56 (UTC +04:00)
Azərbaycanın bərpa olunan enerjisinə investisiyaları sürətləndirmək vacibdir - AİB
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın bərpa olunan enerjisinə investisiya yatırımlarının bundan sonra daha da sürətləndirilməsi tələb olunur.

Trend bu barədə Asiya İnkişaf Bankının 2025-2029-cu illər üzrə Azərbaycanla Tərəfdaşlıq Strategiyasına istinadən xəbər verir.

“Azərbaycanda neft ehtiyatları azalmaqdadır, qaz ehtiyatlarının isə daha uzun müddət kifayət edəcəyi gözlənilir. Hər iki resurs qiymət dəyişkənliyinə həssasdır və bu, fiskal gəlirlərə və iqtisadiyyatı qalıq yanacaqlardan uzaqlaşdırmaq imkanlarına təsir edir.

Yaşıl keçid artıq başlasa da və bərpa olunan enerji istehsalına ciddi yatırımlar edilsə də, bu proses sürətləndirilməlidir. Məqsəd Azərbaycanın xam neft və təbii qaz ixracından daha mürəkkəb məhsulların və xidmətlərin istehsalı və ticarətinə keçidini dəstəkləməkdir. Müasir, innovativ və bacarıqlara əsaslanan iqtisadiyyatın qurulması üçün ciddi investisiyalar tələb olunur. Qlobal geosiyasi qeyri-sabitlik bir daha göstərir ki, qeyri-neft sektorunun və fiskal ehtiyatların möhkəmləndirilməsi vacibdir”, – deyə sənəddə qeyd olunur.

AİB vurğulayır ki, məhz neft və qaz ixracı hesabına adambaşına düşən ÜDM cari dollar ifadəsində 2000-ci ildəki 663 dollardan 2024-cü ildə təsiredici şəkildə 7 284 dollara yüksəlib.

“Bununla belə, 2016 və 2020-ci illərdəki iqtisadi böhranlardan sonra orta artım templəri yavaşlayıb və bu da iqtisadi həssaslıqları üzə çıxarıb. Hökumət maliyyə sabitliyi və fiskal dayanıqlığın artırılması üçün tədbirlər görüb. Qeyri-xammal sektorunun ümumi iqtisadiyyatda payı tədricən artır.

İqtisadiyyat yeni və yüksək dəyərə malik inkişaf və ixrac sahələrinin, eləcə də, dövlət maliyyəsinin gücləndirilməsinə yönəlmiş əlavə struktur islahatlarından fayda görəcək. Sosial inklüziv artım üçün davamlı gender, sosial və regional bərabərsizliklərlə mübarizə davam etdirilməlidir”, – deyə sənəddə qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti