...

Ağdama arzularımızı reallaşdırmağa gedirik - Ağayev Teyyub

Cəmiyyət Materials 17 İyul 2025 06:57 (UTC +04:00)
Ağdama arzularımızı reallaşdırmağa gedirik - Ağayev Teyyub
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Doğma yurdumuz Ağdama arzularımızı reallaşdırmağa gedirik.

Bunu Trend-ə açıqlamasında Ağdam sakini Ağayev Teyyub deyib.

Onun sözlərinə görə, 8-ci sinifədək Ağdamda təhsil alıb. Sonradan məcburi şəkildə öz doğma yurdundan didərgin düşüb.

"Şükürlər olsun ki, bu gün doğma yurdumuz Ağdama geri dönürük. Yaşadığım dövrdə xoş təəssüratlarımız olub. İstəyirik ki, bundan sonra da öz yurdumuzda xoş təəssüratlarla yaşayaq.

Allah Prezidentimizi qorusun, onun rəhbərliyi və müdrik siyasəti ilə torpaqlarımız işğaldan azad edildi. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Onların sayəsində biz doğma Ağdama yaşamağa gedirik. Qürur hissi ilə qayıdırıq və orada yaşamağı fəxr hesab edirik", - deyə o bildirib.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.

Xəbər lenti

Xəbər lenti