...

Ulviyya Mahmud Barselona Musiqi Muzeyinə Azərbaycan kamançasını hədiyyə edib (FOTO)

Mədəniyyət Materials 16 İyul 2025 14:48 (UTC +04:00)
Ulviyya Mahmud Barselona Musiqi Muzeyinə Azərbaycan kamançasını hədiyyə edib (FOTO)

Bakı. Trend:

Dünən NARGIS jurnalının baş redaktoru Ülviyyə Mahmud Barselonadakı Casa Azerbaiyán evinin nümayəndəsi ilə birlikdə Barselona Musiqi Muzeyini (Museu de la Música de Barcelona) ziyarət edib və muzeyin direktoru Jordi Alomar i Payerasa Azərbaycan milli musiqi aləti olan kamançanı hədiyyə edib.

Trend xəbər verir ki, bu səfər 4 iyul tarixində başlanmış mədəni dialoqun davamı olub.

Həmin gün Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə NARGIS jurnalı Barselonanın tarixi Palau Dalmases sarayında “Əlifba. A Cultural Alphabet” kitabının təqdimatına həsr olunmuş xüsusi gecə təşkil etmişdi.

Hədiyyə edilən kamança Azərbaycan Milli Konservatoriyasının Milli Musiqi Alətlərinin Təkmilləşdirilməsi və Bərpası üzrə Elmi-Tədqiqat Laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov tərəfindən hazırlanıb. Bu kamança Museu de la Música de Barcelona kolleksiyasına daxil edilən ilk Azərbaycan milli musiqi alətidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti