...

İlin birinci yarısında 22406 nəfərdə heyvan dişləməsi qeydə alınıb

Cəmiyyət Materials 16 İyul 2025 15:43 (UTC +04:00)
İlin birinci yarısında 22406 nəfərdə heyvan dişləməsi qeydə alınıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Respublika üzrə 2025-ci ilin 6 ayı ərzində 22406 nəfərdə heyvan dişləməsi qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında canlı yayımda Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova bildirib.

A.Qurbanova qeyd edib ki, heyvan dişləməsi, cırmaqlaması və tüpürcəklənməsi hadisələri barədə müraciət olduqda tibb müəssisəsi tərəfindən məlumat yaşayış üzrə ərazi Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinə verilir.

Onun sözlərinə görə, hadisə qeydə alındıqda hadisənin baş verməsi barədə tam məlumat toplanılır, xəsarət almış şəxsin vaksinasiyaya cəlb olunması və kursu vaxtında tamamlanması üzərində nəzarət aparılır:

“Eyni zamanda, heyvan üzərində nəzarətin təmin edilməsi üçün baytarlıq idarəsinə məlumat verilir. Respublika üzrə 2024-cü ilin 6 ayı ərzində 20528 heyvan dişləməsi qeydə alınıb, bunlardan 11313 hadisə məlum heyvanlar, 9215 hadisə naməlum heyvanlar tərəfindən xəsarət alanlar olub. 2025-ci ilin müvafiq dövrü ərzində heyvan dişləməsinə məruz qalanların sayı 1878 nəfər artaraq, 22406 nəfər olub, bunlardan 12101 məlum, 10305 naməlum heyvan tərəfindən qeydə alınan dişləmə hadisələridir. Qeydə alınan dişləmələr hadisələri, əsasən, itlər, pişiklər tərəfindən baş verib”.

A.Qurbanova qeyd edib ki, 2025-ci ilin 6 ayı ərzində 2024-cü ilin müvafiq dövrü ərzində olduğu kimi insanlar arasında quduzluq hadisəsi qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti