...

Biz sahəvi jurnalistika materiallarının hazırlanmasına dəstək vermək istəyirik - ADY rəsmisi

Cəmiyyət Materials 16 İyul 2025 11:19 (UTC +04:00)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı, Trend:

Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolu olub.

Trend xəbər verir ki, Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusunda keçirilən media müsabiqəsinin qaliblərinin təqdimat mərasimində Azərbaycan Dəmir Yolları QSC-nin sədr müavini Nicat Quliyev çıxış edib.

Onun sözlərinə görə, Medianın İnkişafı Agentliyinin yaradılması mətbuatın qarşısında yeni imkanlar açıb:

"Biz bu gün sahəvi jurnalistika materiallarının hazırlanmasına dəstək vermək istəyirik və buna hazırıq. Əminəm ki, Mətbuat Şurası ilə əməkdaşlığımız davam edəcək. Bütün iştirakçıları və media nümayəndələrini qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə təbrik edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti