...

Goranboyda piyadanı vuran sürücü Gəncədə sükan arxasında ölüb

Hadisə Materials 16 İyul 2025 09:27 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Goranboyda avtomobilin vurduğu piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Trend-in məlumatına görə, hadisə iyulun 14-də rayonun Düzqışlaq kəndi ərazisində baş verib.

Belə ki, Sadıqov Qəzənfər Musa oğlu idarə etdiyi “Hyundai I30” markalı avtomobillə piyada Əsgərov Gəncəli Əsgər oğlunu vurub, sonuncu sürücü tərəfindən xəstəxanaya aparılan zaman aldığı bədən xəsarətlərindən yolda ölüb.

Bundan sonra sürücü Q.Sadıqov özünü pis hiss etdiyindən Gəncə şəhəri Heydər Əliyev prospektində idarə etdiyi avtomobili yolun kənarında saxlayıb və orada ölüb.

Faktla bağlı Goranboy RPŞ-nin İB-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti