...

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi bəlli olub

İdman Materials 17 İyul 2025 01:02 (UTC +04:00)
"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi bəlli olub

Bakı. Trend:

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi bəlli olub.

Trend xəbər verir ki, Azərbaycan çempionu “Şelburn”la münasibətlərə aydınlıq gətirəcək.

İrlandiya təmsilçisi turnirin ilk təsnifat mərhələsində “Linfild”dən (Şimali İrlandiya) güclü olub. Öz meydanında 1:0 hesabı ilə qalib gələn "Şelburn" səfərdə heç-heçəyə nail olub - 1:1.

Qeyd edək ki, "Qarabağ"ın İrlandiya çempionu arasında mərhələnin ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması isə 30-da baş tutacaq.

Xəbər lenti

Xəbər lenti