...

Azərbaycanın Hesablama Palatası yüksək peşəkarlıq səviyyəsi nümayiş etdirir - SAI Russia nümayəndəsi

Maliyyə Materials 17 İyul 2025 14:56 (UTC +04:00)
Azərbaycanın Hesablama Palatası yüksək peşəkarlıq səviyyəsi nümayiş etdirir - SAI Russia nümayəndəsi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Dayanıqlı inkişaf məqsədləri, o cümlədən ekoloji məsələlər, infrastrukturun, cəmiyyətin inkişafı və yeni texnologiyaların tətbiqi ali dövlət auditi orqanlarının fəaliyyətinin əsasını təşkil edir.

Trend xəbər verir ki, bunu SAI Russian təmsilçisi Svetalan Orlova ASOSAI İdarə heyətinin Bakıda keçən 62-ci iclasında deyib.

“Azərbaycan Hesablama Palatasının peşəkarlığı açıq-aşkar görünür – onlar Kazan forumu, İslam forumu və dövlət auditinə dair böyük dairəvi masa kimi beynəlxalq tədbirlərdə fəal iştirak edirlər. Biz 188-dən çox ölkəni birləşdirən beynəlxalq INTOSAI təşkilatı çərçivəsində çalışırıq,” – deyə Orlova vurğulayıb. O, həmçinin dövlət auditinin regional və bələdiyyə səviyyələrində inkişaf etdirilməsinin vacibliyini qeyd edərək xatırladıb ki, əsas təşəbbüslər məhz bu səviyyələrdə həyata keçirilir və audit büdcə vəsaitlərindən səmərəli istifadəyə nəzarət vasitəsi kimi çıxış edir.

Svetlana Orlova həm Rusiyada, həm də Azərbaycanda milli layihələrin fəal icrasına diqqət çəkib. Onun sözlərinə görə, səhiyyə, təhsil, infrastruktur və iş yerlərinin yaradılması sahələrində hər iki ölkə əhəmiyyətli təcrübə toplayıb və bu təcrübə qarşılıqlı bilik və praktiki mübadilə üçün əsas ola bilər.

O, həmçinin bu qədər əhəmiyyətli konfransın Bakıda keçirilməsindən məmnunluğunu ifadə edərək tədbirin yüksək beynəlxalq səviyyəsini vurğulayıb. Orlovanın sözlərinə görə, Rusiya və Azərbaycan hesablama palataları arasında müxtəlif məsələlər üzrə daimi əməkdaşlıq və təcrübə mübadiləsi mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti