...

Azərbaycan XİN İraqa başsağlığı verib

Siyasət Materials 17 İyul 2025 11:07 (UTC +04:00)
Azərbaycan XİN İraqa başsağlığı verib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İraqa başsağlığı verib.

Trend xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.

“İraqın Kut şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində insan itkisi bizi dərindən kədərləndirir. Həlak olanların ailələri və yaxınlarına, dost İraq hökuməti və xalqına dərin hüznlə başsağlığı veririk. Yaralanan şəxslərə isə tezliklə sağalmağı arzu edirik”, - paylaşımda qeyd edilib.

Qeyd edək ki, İraqın Əl-Küt şəhərində yerləşən hipermarketdə güclü yanğın baş verib. Hadisə nəticəsində azı 50 nəfər həyatını itirib. Yanğınla əlaqədar şəhərdə 3 günlük matəm elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti