Bakı. Trend:
Cari ilin yanvar-iyun aylarında Azərbaycandan 92,4 milyon ABŞ dolları dəyərində 316,9 min ton azot gübrəsi ixrac edilib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib..
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə, dəyər ifadəsində 39,8 milyon ABŞ dolları və ya 75,7%, həcm ifadəsində isə 46,6 ton və ya 17,2% çoxdur.
2024-cü ilin birinci yarısında Azərbaycandan 52,6 milyon ABŞ dolları dəyərində 270,3 min ton azot gübrəsi ixrac edilmişdi.
Hesabat dövründə azot gübrəsi ixracı ölkənin ümumi ixracında 0,72%, qeyri-neft sektoru üzrə ixracında isə 5,27% paya malik olub.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur. Ötən ilin eyni dövründə Azərbaycan xarici ölkələrlə 21,768 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparmışdı. Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın, 11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.
Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3 dəfə azdır.