...

“Sənaye 4.0 Hazırlıq Proqramı”na müraciət üçün “industry4.az” portalı istifadəyə verilib

İqtisadiyyat Materials 17 İyul 2025 16:24 (UTC +04:00)
“Sənaye 4.0 Hazırlıq Proqramı”na müraciət üçün “industry4.az” portalı istifadəyə verilib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Yerli bizneslərin texnoloji transformasiyasını sürətləndirmək imkanlarını gücləndirmək məqsədilə “Sənaye 4.0 Hazırlıq Proqramı”na qeydiyyat üçün nəzərdə tutulan “industry4.az” portalı ictimaiyyətin istifadəsinə verilib.

Bu barədə Trend-ə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzindən (4SİM) məlumat verilib.

Qeyd edilib ki, “Sənaye 4.0 Hazırlıq Proqramı” texnologiyaların tətbiqi və mənimsənilməsi vasitəsilə müəssisələrin səmərəliliyini artırmaq və onların uzunmüddətli davamlı inkişafına dəstək məqsədi daşıyır. Proqram, həmçinin ölkədə rəqəmsal iqtisadiyyatın inkişafına töhfə vermək üçün strateji əhəmiyyət kəsb edir.

Proqram çərçivəsində aşağıdakı fəaliyyətlər nəzərdə tutulur:

Şirkətlərin mövcud texnoloji bacarıqlarının və potensialının qiymətləndirilməsi;

Texnoloji transformasiyaya dair yol xəritələrinin hazırlanması;

Yol xəritəsinin icrasında zəruri maliyyə dəstəyinin ayrılması;

Texnoloji bilik və bacarıqların gücləndirilməsi;

İcra dəstəyinin göstərilməsi.

Müəssisələr ilkin məlumatları təqdim edərək “industry4.az” platformasında qeydiyyatdan keçə bilərlər. İlkin seçim mərhələsini uğurla keçən müəssisələr proqram çərçivəsində ətraflı dəstək almaq imkanı əldə edəcəklər. Hər bir müəssisə üçün proqramın müddəti 3-4 ay təşkil edəcək.

Elə indi müraciət edin, texnoloji transformasiya prosesinin bir parçasına çevrilin: www.industry4.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti