...

"JA Solar" "Masdar"ın Azərbaycandakı layihələri üçün ümumi gücü 1Gvt olan günəş panelləri tədarük edəcək

Yaşıl iqtisadiyyat Materials 17 İyul 2025 15:22 (UTC +04:00)
"JA Solar" "Masdar"ın Azərbaycandakı layihələri üçün ümumi gücü 1Gvt olan günəş panelləri tədarük edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fotoqalvanika (PV) sahəsində qlobal lider olan Çin şirkəti “JA Solar” Azərbaycanda yerləşən Bankə və Biləsuvar günəş elektrik stansiyaları layihələri üçün ümumi gücü 1 GVt olan yüksək effektivlikli DeepBlue 4.0 Pro günəş panellərinin tədarükçüsü seçilib.

Bu barədə Trend “JA Solar” şirkətinə istinadən məlumat verir.

Layihələrin inkişaf etdirilməsi ilə BƏƏ-nin aparıcı təmiz enerji operatoru olan “Abu Dhabi Future Energy Company PJSC – Masdar” şirkəti məşğuldur.

“JA Solar” tərəfindən istehsal olunan DeepBlue 4.0 Pro panelləri, yüksək rütubət, duzluluq, güclü küləklər və havada tozun mövcudluğu ilə səciyyələnən mürəkkəb sahilyanı iqlim şəraitində istifadə üçün layihələndirilib.

Korroziyaya və ekstremal hava şəraitinə qarşı yüksək dözümlülüyü sayəsində bu panellər uzunömürlülük, stabil enerji hasilatı və yüksək sistem məhsuldarlığı təmin edir ki, bu da elektrik enerjisinin səviyyələndirilmiş maya dəyərinin (LCOE) azalmasına və ümumi hasilatın artmasına şərait yaradır.

Bankə və Bilasuvar stansiyaları istismara verildikdən sonra ildə təxminən 1,53 milyard kVt·saat təmiz elektrik enerjisi istehsal edəcəyi gözlənilir ki, bu da ildə təxminən 1,15 milyon ton karbon qazı emissiyasının qarşısını almağa imkan verəcək. Bu təşəbbüs Azərbaycanın enerji balansının şaxələndirilməsi və bərpa olunan enerji mənbələrinin inkişafı istiqamətində səylərinə mühüm töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti