...

Meşə yanğınlarının əsas səbəbləri açıqlandı

Cəmiyyət Materials 17 İyul 2025 18:35 (UTC +04:00)
Meşə yanğınlarının əsas səbəbləri açıqlandı
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanda son vaxtlar bölgələrdə yanğınların sayı artıb və bəzən vaxtında söndürülməsi çətinləşir. Bu vəziyyətin əsas səbəbləri nədir və qarşısının alınması üçün hansı tədbirlər görülür?

Trend-in sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yay müvsümü ilə əlaqədar açıq sahələrdə yanğın hadisələrinin baş verməsində intensivlik müşahidə olunur.

"Bu növ hadisələrin qarşısının alınması məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən əhali arasında mütəmadi kütləvi maarifləndirmə tədbirlərinin keçirilməsinə, yanğına qarşı tələbləri özündə əks etdirən çoxsaylı çağırışlara baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, yanğın hadisələri bəzi vətəndaşların odla ehtiyatsızlıq, siqaret çəkilməsi zamanı ehtiyatsızlıq, o cümlədən, ərazilərdə iməcilik adı altında tullantıların yandırılması, məişət tullantılarının yandırılması, hərəkət iştirakçıları tərəfindən avtomobildən siqaret kötüyünün söndürülməmiş halda ətrafa atılması kimi səbəblərdən baş verib.

Eyni zamanda bildirilib ki, cari ildə 7 meşə yanğını baş verib. Yanğınların təhqiqatı aparılaraq nəticələrinə uyğun hadisələrin rəsmi statistik uçota daxil edilməsi istiqamətində hazırda tədbirlər görülməkdədir.

Meşə yanğınları ərazidən istifadə edən turistlər, qonaqlar və başqalarının təsiri ilə bağlıdır. Meşə yanğınlarının çox hissəsinin baş verdiyi sahələr mürəkkəb relyefli və çətin keçidli dağlıq ərazidə olduğundan hadisə yerinə yanğın texnikalarının yaxınlaşmasında yaranan çətinliklər meşə yanğınlarının vaxtında söndürülməsinə ciddi təsir göstərir", - nazirlikdən qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti