...

Qızıl və gümüş nişanla təltif olunan şagirdlərin sayı açıqlandı

Cəmiyyət Materials 17 İyul 2025 13:45 (UTC +04:00)
Qızıl və gümüş nişanla təltif olunan şagirdlərin sayı açıqlandı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Elm və təhsil naziri Emin Əmrullayev “Ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında” əmr imzalayıb.

Trend xəbər verir ki, əmrə əsasən XI sinif məzunlarından 220 nəfər qızıl, 41 nəfər isə gümüş nişanla təltif olunub.

Bildirilib ki, qızıl və gümüş nişanla təltif olunmuş təhsilalanların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılsın.

Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə olunub.
Məqalədə:
Xəbər lenti

Xəbər lenti