...

Bakıda marketlərdən oğurluq edən iki nəfər saxlanılıb

Hadisə Materials 17 İyul 2025 15:07 (UTC +04:00)
Bakıda marketlərdən oğurluq edən iki nəfər saxlanılıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Bakıda marketlərdən oğurluq edən iki nəfər saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, paytaxtın Nizami və Səbail rayonları ərazisində yerləşən marketlərdən oğurluqlar edilib və nəticədə zərərçəkənlərə ümumilikdə 943 manat maddi ziyan vurulub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - 38 yaşlı Q.Məmmədov və 66 yaşlı M.Nəbiyev müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti