Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan xaricə 98,866 min ton neft koksu ixrac edilib.
Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu miqdarda neft koksunun ixracından əldə olunan gəlir 31,158 milyon ABŞ dolları olub.
Neft koksunun ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 20 min ton və ya 16,8% azalıb, dəyər ifadəsi ilə 20,987 milyon ABŞ dolları, yaxud da 3,1 dəfə artıb
Ötən ilin birinci yarısında Azərbaycandan xaricə 118,871 min ton miqdarında, 10,171 milyon ABŞ dolları dəyərində neft koksu ixrac edilmişdi.
Neft koksu ixracı 2025-ci ilin ilk altı ayının ixracına nisbətən 0,24% təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda 105,3 min ton neft koksu istehsal edilib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,8 min ton və ya 5,2% azdır. Ötən ilin müvafiq dövründə ölkədə 111,1 min ton neft koksu istehsal edilmişdi. Cari ilin iyulun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 37,8 min ton təşkil edib.
Məlumat üçün bildirək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur. Ötən ilin eyni dövründə Azərbaycan xarici ölkələrlə 21,768 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparmışdı. Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın, 11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.
Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3 dəfə azdır.