Bakı. Trend:
Xırdalan şəhərindəki park və xiybanlar daxil olmaqla, Xırdalan şəhəri ərazisində mövcud olan şam ağaclarının, o cümlədən digər həmişəyaşıl ağac və kol bitkilərinin bütün aqrotexniki qulluq olunmasına baxmayaraq, bir neçə ünvanda kütləvi şəkildə quruması müşahidə olunub. Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən 10 may 2025-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət olunub, qurumanın səbəbələrinin araşdırılması və qurumuş ağacların götürülməsi, eyni zamanda yerində yeni tinglərin əkilməsi istiqamətində rəy verilməsi xahiş olunub.
Bu barədə Trend-ə Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib.
"Bir sıra kütləvi informasiya vasitələrində dəqiqləşdirilmədən, yanlış formada yayılan, cəmiyyətin çaşqınlığına səbəb ola biləcək informasiylarla əlaqədar bildiririk ki, qurum tərəfindən araşdırma aparılıb və 02.07.2025-ci il tarixli məktubla sözügedən qurumuş ağacların götürülməsi və yeni tinglərinin əkilməsi ilə bağlı müvafiq rəy verilib.
Belə ki, Xırdalan şəhərindəki Heydər Əliyev adına parkda 292 ədəd şam ağacının, ümumilikdə rayon üzrə 980 ədəd kök üstündə qurumuş ağac və gül kolunun götürülməsi haqda məktub daxil olub. Qeyd etmək istərdik ki, bu rəyə uyğun olaraq RİH tərəfindən rayon ərazisində mövcud olan qurumuş ağacların mərhələli şəkildə götürülməsi prosesinə başlanılıb. Əlavə olaraq bildiririk ki, götürülmüş quru ağacların ünvanları koordinatlar və say olmaqla aidiyyatı qurumların iştirakı ilə qeydiyyata alınıb.
Hazırda yay mövsümü olduğundan yeni tinglərin əkilməsi mütəxəssislər tərəfindən məqsədəmüvafiq hesab olunmadığından mövsüm zamanı (payız ayları) yeni ağacların əkilməsi nəzərdə tutulub.
Bir daha nəzərinizə çatdırmaq istərdik ki, Abşeron Rayon İcra Hakimiyyəti mövcud yaşıllıqların qorunmasına həsasslıqla yanaşmaqla bərabər yaşıllıq sahələrinin artırılması istiqamətində də davamlı işlər görür. Belə ki, ötən 2024-cü il ərzində rayon ərazisində 20.000-ə yaxın ağac və kollar əkilmiş, onlara aqroqulluq təşkil edilib.
Rayon sakinlərinə yaşıllıqlara bu cür həssas davrandıqları üçün təşəkkürümüzü bildirir, rayon ərazisində qanunsuz ağac kəilməsi hadisəsi ilə üzləşdikdə RİH-ə dərhal məlumat vermələrini xahiş edirik".
Bir sıra kütləvi informsiya vasitələrində dəqiqləşdirilmədən, yanlış formada yayılan, cəmiyyətin çaşqınlığına səbəb ola biləcək informasiylarla əlaqədar bildiririk ki,