...

"İmişli" Ezekiel Morqanla 2 illik müqavilə imzalayır

İdman Materials 17 İyul 2025 22:28 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında debüt edəcək “İmişli” klubu növbəti transferini reallaşdırıb.

Trend xəbər verir ki, bölgə təmsilçisi qanalı yarımmüdafiəçi Ezekiel Morqanla 2 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Morqan 2023-cü ildən Azərbaycan çempionatında çıxış edir. O, ilk olaraq “Kəpəz”ə transfer olunub, 2023/2024 mövsümündə icarə əsasında “İmişli”nin formasını geyinib, ötən mövsümdə isə “Karvan”da oynayıb.

Xəbər lenti

Xəbər lenti