Bakı. Trend:
“Zirə” futbol klubunun akademiyasının üzvü, U-16 komandasının futbolçusu Fərid Şahverdiyev bu gün çimərlikdə boğularaq vəfat edib.
Trend xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.
Klub Fərid Şahverdiyevin vaxtsız və faciəvi ölümü ilə bağlı dərin hüznlə başsağlığı verib və onun ailəsinə səbir arzulayıb.
"Böyük kədərlə bildirmək istəyirik ki, akademiyamızın üzvü Fərid Şahverdiyev vaxtsız olaraq aramızdan ayrılıb. U-16 komandamızın futbolçusu bu gün çimərlikdə boğularaq vəfat edib. “Zirə” PFK mərhuma Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüzünlə başsağlığı verir və səbir diləyir!", - paylaşımda deyilir.
Məlumata görə, gənc futbolçunun həyatını xilas etmək mümkün olmayıb.