...

Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev Londonda səfir Elin Süleymanovla görüşüb (FOTO)

Siyasət Materials 18 İyul 2025 00:55 (UTC +04:00)
Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev Londonda səfir Elin Süleymanovla görüşüb (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan İdman Akademiyasının (AİA) rektoru Fuad Hacıyev Böyük Britaniyada Azərbaycanın səfiri Elin Süleymanov ilə Londonda görüşüb.

Trend xəbər verir ki, bu barədə məlumat Azərbaycan səfirliyinin sosial şəbəkə hesablarında paylaşılıb.

Görüşdə səfir Elin Süleymanov rektor Fuad Hacıyevi və onu müşayiət edən heyəti səfirlikdə səmimi qəbulla qarşılayıb və görüşün təşkilindən məmnunluğunu ifadə edib.

Müzakirələrin əsas mövzusu Azərbaycan İdman Akademiyası ilə Böyük Britaniyanın Koventri Universiteti arasında idman menecmenti sahəsində ikili diplomlu magistr proqramı ilə bağlı ətraflı məlumat almaq olub.

Görüş iki tərəf arasında təhsil sahəsində əməkdaşlığın inkişafına töhfə vermək məqsədi daşıyır.

Xəbər lenti

Xəbər lenti