...

Rusiya Yaponiyanın ABŞ-la birgə hərbi təlimlərdə iştirakına etiraz etdi

Turizm Materials 17 İyul 2025 22:38 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya, ABŞ Hərbi Hava Qüvvələrinin Rusiya sərhədlərinə yaxın ərazilərdə keçirdiyi təlimlərdə Yaponiyanın iştirakı ilə bağlı Yaponiya səfirliyinə rəsmi etiraz göndərib.

Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Nazirliyin bəyanatında qeyd olunub ki, ABŞ və Yaponiyanın birgə keçirdiyi manevrlərin məqsədi rəsmi olaraq "çəkindirmə və cavab potensialını artırmaq" kimi təqdim olunsa da, təlimlər Rusiya Federasiyasının müdafiə qabiliyyətinə qarşı yönəlmiş “birbaşa işarələr” daşıyır.

Nazirlik bildirib:

“Rusiya, silahlı münaqişəyə hazırlığın bütün əlamətlərini daşıyan bu cür məsuliyyətsiz fəaliyyəti qəbuledilməz hesab edir. Bu, Rusiya Federasiyasının təhlükəsizliyi üçün potensial təhdiddir və qaçılmaz olaraq adekvat əks tədbirlərə səbəb olacaq.”

Qeyd edək ki, ABŞ-ın “Resolute Force Pacific” adlı təlimləri iyulun 9-dan avqustun 4-dək, o cümlədən Rusiya Federasiyasının Uzaq Şərq sərhədlərinə yaxın yerləşən hərbi bazalarda keçirilir.

Xəbər lenti

Xəbər lenti