Bakı. Trend:
İsrail hərbçiləri "Hizbullah" hərəkatının silahlı qanadının "Radvan" elit dəniz qüvvələri bölməsinin komandiri Həsən Əhməd Sabrı öldürüblər.
Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) "Telegram" kanalı məlumat yayıb.
Bildirilir ki, zərbə Livanın cənubunda yerləşən Kfur yaşayış məntəqəsi ərazisinə endirilib.