Bakı. Trend:
Çilinin şimalında 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.
Yeraltı təkanların episentri Antofaqasta şəhərindən 124 km cənub-şərqdə, ocağı isə 85 km dərinlikdə yerləşib.
Hazırda tələfat və dağıntılar barədə məlumat verilmir. Yerli hakimiyyət orqanları vəziyyəti izləyir.