Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski hakimiyyətdə yeni dəyişikliklər olacağını açıqlayıb.
Trend xəbər verir ki, bu barədə o, "Telegram" kanalında məlumat paylaşıb.
“Sabah biz təhlükəsizlik sektorunun formatlaşdırılmasını davam etdirəcəyik. Bazar ertəsi Ukrayna diplomatiyasının korpusunu yeniləyəcəyik - xarici işlər naziri ilə birlikdə müvafiq dəyişiklikləri hazırlayırıq.
Mən, həmçinin, Milli Təhlükəsizlik və Müdafiə Şurasının növbəti iki iclasının gündəliyini artıq müəyyən etmişəm. Bizə hər gün Ukrayna üçün yeni bir nəticə lazımdır”, - deyə o yazıb.