...

"Napoli" yeni transferini açıqladı

İdman Materials 17 İyul 2025 18:57 (UTC +04:00)
"Napoli" yeni transferini açıqladı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Niderland millisinin hücumçusu Noa Lanq karyerasını "Napoli"də davam etdirəcək.

Trend xəbər verir ki, bu barədə Neapol təmsilçisinin rəsmi saytı məlumat yayıb.

26 yaşlı futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, ötən mövsüm Niderland çempionatında 29 oyuna çıxan Noa Lanq 11 qol və 10 qolun ötürməsi ilə yadda qalıb. O, Niderland millisində isə 14 matçda iştirak edib və 3 qol vurub.

Xəbər lenti

Xəbər lenti