Bakı. Trend:
Alyaskada daha bir zəlzələ qeydə alınıb. Bu dəfə 5,7 bal gücündə olan zəlzələnin episentri Sand Poynt yaşayış məntəqəsindən 94 kilometr cənub-qərbdə olub.
Trend bu barədə Avropa-Aralıq Dənisi Seysmoloji Mərkəzinə istinadla xəbər verir.
Zəlzələnin yeraltı ocağı 35 kilometr dərinlikdə olub. Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur, sunami xəbərdarlığı elan edilməyib.
xxx
04:01
ABŞ-də Alyaska yarımadasında 7,1 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələ Sand Point şəhərindən 87 km cənubda 10 km dərinlikdə qeydə alınıb.
ABŞ Sunami Xəbərdarlıq Sistemi zəlzələdən sonra Alyaskanın bəzi hissələri üçün sunami xəbərdarlığı edib.
Milli Meteoroloji Xidmətin məlumatına görə, xəbərdarlığın qüvvədə olduğu zonalarda yaşayan sakinlərdən daxili ərazilərə və ya daha yüksək yerə təxliyə olunmaq və ya çoxmərtəbəli binanın yuxarı mərtəbəsinə köçmək çağırışı edilib.