Bakı. Trend:
İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar.
Trend xəbər verir ki, sakinlər Prezident İlham Əliyevi və Qurbanqulu Berdiməhəmmədovu mənzillərinin eyvanlarından səmimi salamlayıblar.